Beynəlxalq gəmiçilik şirkəti Ukraynadan olan dənizçi ailələri üçün müvəqqəti mənzillər təşkil edib

62

Ukraynadakı hadisələrdən zərər çəkmiş dənizçilərin ailələrinə kömək etmək üçün “Columbia Shipmanagement” şirkəti dünyanın hər yerindən olan müştəriləri ilə birlikdə 1,4 milyon avro toplayıb və əsasən Ukraynadan olan 320 psixoloqdan ibarət bir komanda təşkil edib.

“Seanews.az” xəbər verir ki, şirkət Rumıniyada bir otel və Polşada iki villa alıb. Viza və immiqrasiya prosesi üçün sənədlərini təqdim etmiş ukraynalı ailələr ərizələrinə baxılarkən altı aya qədər bu mənzillərdə qala bilərlər.

“Columbia Shipmanagement” şirkətinin  prezidenti və baş icraçı direktoru Mark O’Neill deyib: “Mənim tək tələbim o idi ki, qadın və uşaqların özlərini tam təhlükəsiz hiss etmələri üçün evin qapılarında mühafizəçilər olsun. Biz bu sığınacaqları 6 aydır qurmuşuq, hər şey tam ödənilib, ailələr qida, mənzil, paltar alacaq, peşəkar  psixoloqlardan ibarət komanda  onlara  dəstək göstərəcək.”