Baham adalarının bayrağı altında üzən “VITUS BERING” gəmisi Murmanska gedərkən kursu dəyişmək məcburiyyətində qalıb və təcili heyət dəyişikliyi üçün Norveçin Vardoya limanına yan alıb.
“Seanews.az” xəbər verir ki, Ukraynada baş verən hadisələrə görə Rusiya limanına daxil olmaqdan imtina edən gəmidə heyətin 12 üzvü Ukrayna vətəndaşıdır.
Finmarka polisinin sərhəd və immiqrasiya nəzarəti nümayəndəsi deyib: “Dənizçilərin Norveçdən sığınacaq üçün müraciət edib-etməyəcəyi və ya evə necə qayıdacaqları bəlli deyil”.