Beynəlxalq dəniz daşıyıcıları Ukrayna böhranı səbəbindən dənizçi çatışmazlığı ilə üzləşə bilər.
Beynəlxalq gəmiçilik şirkətləri nisbətən aşağı maaşla çalışmağa razılıq verdikləri üçün rusiyalıları və ukraynalıları həvəslə işə götürürdülər.
Rusiya dənizçiləri beynəlxalq yük və sərnişin daşıyıcıları personalının təxminən 10%-ni, ukraynalılar isə təxminən 4%-ni təşkil edirdi.
Uçuş məhdudiyyətləri rusiyalıların dünyanın başqa yerlərindəki limanlara getməsini çətinləşdirib, banklararası köçürmələrə qoyulan məhdudiyyətlər isə Rusiya işçilərinə maaşların ödənilməsində problemlər yaradıb. Daşıyıcılar artıq ekipaj dəyişdirmə sisteminin pozulması ilə üzləşirlər ki, bu dəyişdirmə gəmilərdə adətən bir neçə aydan bir həyata keçirilir.
Buna görə də beynəlxalq şirkətlər rus dənizçilərini işə götürməkdən artıq ehtiyat edir.
Mənbə: Rambler.ru