28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür

78

Bununla əlaqədar olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun işçiləri ilə görüş keçirilib.

Əməkdaşlara Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı geniş məlumat verilib. Onlara əmək fəaliyyətləri zamanı “Sağlamlıq və təhlükəsizlik sahəsində yüksək mədəniyyət” prinsiplərinə əməl edilməsinin vacibliyi vurğulanıb.

2003-cü ildən Beynəlxalıq Əmək Təşkilatı (BƏT) tərəfindən elan edilən həmin gün, hər il müasir çağırışlardan irəli gələn mövzularda elan olunur.

2022-ci il üçün “Sağlamlıq və təhlükəsizlik sahəsində yüksək mədəniyyət” mövzusu əsas götürülüb. Bu sahənin təkmilləşdirilməsi üçün bəzi məqamlara diqqət yetirilməsi məqsədəuğun hesab edilir:

Ünsiyyət. Sağlamlıq və təhlükəsizlik məlumatları hər kəs üçün geniş və asanlıqla əlçatan olmalıdır. Sağlamlıq və təhlükəsizlik siyasəti və prosedurları ilə bağlı hər hansı yeniləmə olduğu təqdirdə işçilərlə məsləhətləşmək lazımdır.

Nümunəvi rəhbərlik. Əgər sağlamlıq və təhlükəsizlik siyasətlərinə ilk növbədə rəhbərlik əməl etməlidir. Əks təqdirdə bu işçilər tərəfindən ciddi qəbul edilməyəcək və əməl olunmayacaq. Bu səbəbdən hamı üçün işçilərin sağlamlığı və təhlükəsizliyinin vacib amil olmalıdır.

Açıq və sadiq olma. İşçilər təhlükəsizlik məsələləri ilə bağlı istənilən vaxt rəhbər və ya nəzarətçiyə müraciət edə bilməlidir. Onlar da öz növbəsində təqdim olunan məlumatları ciddi şəkildə nəzər almalı və araşdırma aparmalıdır. Təhlükəsizliklə bağlı problemləri və eləcə də real təhlükələri vaxtında xəbər verən işçilərin mükafatlandırılması məqsədəuğyun hesab edilir.

Təlim. Müəssisə mütəmadi olaraq işçiləri üçün sağlamlıq və təhlükəsizlik təlimləri keçirilməlidir. Bu təlimlərin köməyi ilə işçilərin öz əmək funksiyalarını təhlükəsiz və effektiv şəkildə yerinə yetirilməsi təmin edilir.