Amsterdam limançıları Rusiya nefti ilə dolu gəmini boşaltmaqdan imtina ediblər

132

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Amsterdam limanının işçiləri Niderland sahillərindən 40 km aralıda lövbər salmış Rusiya neftini daşıyan “Sunny Liger” gəmisini boşaltmayacaqlarını bildiriblər. 

Bu barədə şənbə günü Hollandiya Yayım Korporasiyası (NTK) məlumat yayıb. Həmkarlar ittifaqı liman işçilərini gəminin boşaldılmasında iştirak etməməyə inandırıb. Bundan bir gün əvvəl Rotterdam limanının işçiləri də gəmini qəbul etməkdən imtina ediblər. Limanın yeganə səhmdarı olan Amsterdam bələdiyyəsi “Sunny Liger” tankerinin boşaldılmasını arzuolunmaz hesab etdiyini bildirib. Bələdiyyə sədri Femke Halsema “Liman işçilərini dəstəkləyirik”, -deyib.

Keçən həftənin əvvəlində limançılar “Sunny Liger” gəmisini boşaltmaqdan imtina etdikləri üçün İsveç limanına daxil ola bilməyib. Niderlandın mərkəzi hakimiyyət orqanları bildiriblər ki, gəminin limana girişini qadağan etmək üçün qanuni əsasları yoxdur, çünki o, Rusiya neftini daşısa da, Marşal adalarının bayrağı altında üzür və Aİ-nin tətbiq etdiyi sanksiyalara məruz qalmır.