Bu şirkətlər işçi yığır: əmək haqqı 500-700-1000-1200-2000-2500 manat – 22 VAKANSİYA

182

VAKANSİYA 1

Systemair AZ

Mühasib Köməkçisi

Son tarix 05 iyn 2022 – [email protected]

Əmək haqqı – 500 azn.

Tələblər:

  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
  • Office proqramlarında işləmə bacarığı (Excel, Word)
  • Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir
  • Bütün VHF-ın, hesab-fakturaların, xərc sənədlərinin, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların  qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması və təqdim edilməsi
  • İlkin və yoxlanmış sənədlər əsasında  ödəniş tapşırıqlarını və digər mühasibat reyestr sənədlərini hazırlamaq, yoxlamaq, düzəlişlər etmək və imzaya ötürülməsini təşkil etmək
  • Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməkliyin göstərilməsi
  • Mühasibatlıqda kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işinin aparılması və nəzarət olması 
  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı 
  • İFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər arzu olunandır

VAKANSİYA 2

Camal LTD

HoReCa üzrə satış təmsilçisi

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • HoReCa sahəsində iş təcrübəsi 1 ildən 3 ilə qədər (qida sektorunda təcrübəsi olanlara üstünlük verilir).
  • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili arzuolunandır;
  • Satış işində təcrübəsinin olması (restoran, otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır);
  • Xoş görnüşlü, məsuliyyətli və səliqəli olmalı, ünsiyyət qurmaq bacarığı;
  • Yaş həddi 22-35 yaş arası.

Vəzifələri:

  • Plan üzrə satış nöqtələri ilə görüşlərin təyin edilməsi və məhsul sifarişlərinin götürülməsi;
  • Qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi; 
  • Müştərilərin vaxtında, planlı şəkildə ziyarət edilməsi;
  • Müştərilərdən ödənişlərin qəbul edilməsi  və borc öhdəliklərinə nəzarət;
  • Yeni məhsulların müştərilərə təqdim olunması;
  • Müştəriləri vaxtı vaxtında nümunələrlə təmin etmək və onların ehtiyacları olan məhsulların vaxtında çatdırırılması;
  • Şirkətin yeni məhsulları ilə əlaqədar təqdimatların keçirilməsi.

Digər məlumatlar:

  • 6 günlük iş həftəsi, tam iş günü;
  • 1 aylıq sınaq müddəti;
  • Əmək haqqı 1000-1200 manat +%

Əlaqə məlumatları:

  • Tel: (012) 310 10 40 (daxili 227)
  • Mob: (+994) 55 900 32 07 
  • Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 “Camal” LTD şirkəti (Dondurma zavodu)

VAKANSİYA 3

Baku Coffee

Satış meneceri

Son tarix 05 iyn 2022 – [email protected]

Vakansiyada namizədə verilən tələblər:

  • Səlist Azərbaycanvə rus dilini bilməsi (əlavə olaraq engilis dili bilənlərə üstünlük verilir)
  • Xoş və səliqəli zahiri görünüş
  • Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
  • İşgüzar və hədəf yönlü
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
  • Kollektiv ilə işləmə bacarığı
  • Təcrübə — 1-3 il qədər

İş haqqında məlumat:

  • Şirkət məhsullarının satışının təşkili ;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
  • Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
  • Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək

İş qrafiki – (Həftə içi – 09.30 – 18.30)

Əmək haqqı 700 Azn + Satışdan faiz.

VAKANSİYA 4

Para BOKT

Filial meneceri (Bakı)

Son tarix 05 iyn 2022 – [email protected]

Əsas vəzifələr:

  • Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
  • Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
  • Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaş həddi 25-39 (yalnız bəy namizədlər)
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

İş qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Ə/h: 1000 AZN + bonus

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial meneceri” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

VAKANSİYA 5

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Mühasib köməkçisi/Xəzinədar

Son tarix 05 iyn 2022 – [email protected] 

Həftədə 5 gün

Əmək haqqı 500-600 AZN  (net)

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat sahəsi üzrə)
  • İxtisas üzrə 1 iş təcrübəsi 
  • Yüksək səviyyədə idarəetmə və koordinasiya bacarığı
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq olmalı
  • MS Office proqramlarını xüsusilə də Excel proqramından yüksək işləmə bacarığı

Əmək funksiyaları:

  • Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsini, əskiklərin, təhtəl hesab şəxslər üzrə borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsini həyata keçirtmək;
  • Kassa mədaxil və məxaric əməliyyatlarının icra edilməsi,kassa uçotunun aparılması;
  • Bank, Dövlət qurumları və digər təşkilatlarla sənəd mübadiləsinin həyata keçirilməsi;
  • Təşkilatın filiallarında ilkin və mühasibat sənədlərinin,hesablaşmaların həyata keçirilməsini təmin etmək;
  • Təşkilatın uçot sənədlərinin arxivləşdirilməsi və nəzarət edilməsi

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Mühasib köməkçisi/Xəzinədar”qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 6

Başak Group

Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri

Son tarix 05 iyn 2022 – [email protected]

Namizədə aid tələblər:

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili,
  • Təhsili: Ali təhsil, (iqtisadi, marketinq, ticarət);
  • Biznes danışıqları aparmaq bacarığı;
  • Müvafiq sahədə ən azı 3 il təcrübə;
  • B2B, B2C, Online və topdan satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi;
  • Uğurlu idarəetmə təcrübəsi və satış komandasının yaradılıb inkişaf etdirilməsi;
  • Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
  • Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
  • Kompüter bilikləri: Microsoft Office, Outlook;

Vəzifə öhdəlikləri:

  • Şirkətin və Marketinq Satış strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasını təmin etmək.
  • Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata keçirmək.
  • Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
  • Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (korporativ satış, SMM, Loyallıq planı və s.).
  • Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
  • Müştəri məlumatlarının toplanması CRM sisteminin qurulması.
  • Marketinqın qurduğu müştəri məlumatlarının toplanması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemləri idarə etmək
  • Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək.
  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
  • Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
  • Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək
  • Satış dövrünün tam nəzarəti;
  • Satışların təhlilini və satışın effektivliyini artırılmasına dair tədbirlər planını hazırlamaq;
  • Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması
  • Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
  • Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
  • Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: müsahibə əsasında təyin olunur,
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Marketing director” yazaraq göndərə bilərlər.

VAKANSİYA 7

Buta Supply

Satınalma üzrə mütəxəssis

Son tarix 05 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri: 

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Hesabatların hazırlanması və analiz olunması.

Tələblər:

  • Ali təhsil 
  • Qadın namizəd (22-35 yaş aralığı)
  • Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı; 
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • İngilis dili mütləq, rus dili arzuolunandır.

Əlavə məlumat:

  • Əmək haqqı: 700-800 azn; 
  • İş qrafiki: I-V gün 09:00-17:00, VI gün 10:00-14:00, bazar-istirahət günü.
  • İş yeri:  Bakı şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Şirkət tərəfindən təmin edilir:

  • korporativ nömrə ;
  • ezamiyyə xərcləri;

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazıb e-mail ünvanına  göndərə bilərlər.

VAKANSİYA 8

AzəriMed QSC

Əczaçı

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
  • Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
  • Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə məhsul seçimində köməklik göstərmək;
  • Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
  • Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
  • Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
  • Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
  • Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.

İş şəraiti:

  • İş qrafiki: Növbəli
  • Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 9

Araz Supermarket

Mühasib

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat)
  • İş təcrübəsi  müvafiq sahədə 1 il;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • Vergi qanunvericiliyi və Əmək məcəlləsindən məlumatlı olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Vəzifə öhdəlikləri:

  • Françayzing mağazaların mükəlləfiyyətinə uyğun vergi bəyannamələrinin vergi orqanlarına təqdim edilməsi;
  • Françayzing mağazaların işçilərinin işə qəbul prosesinin rəsmiləşdirilməsi, müqavilələrə dəyişiklik,xitam verilməsi;
  • Françayzing mağazaların işçilərinin əmək haqqının, məzuniyyətinin hesablanması;
  • E-qaimə göndərilməsi, bank ödənişlərinin icra olunması;
  • Kreditor-debitor üzləşmələrin aparılması;
  • Vahid muzdlu hesabatın təqdim edilməsi;
  • Vergidən daxil olan məktubların nəzarətdə saxlanılması, müvafiq olaraq cavablandırılması;
  • Rəhbərliyin tapşırıqlarının icrası.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

VAKANSİYA 10

Kristal Abşeron

İstehsalat üzrə Mühasib

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
  • İstehsalat üzrə mühasib kimi minimum 2-3 il təcrübə;
  • Azərbaycan dilini mükəmməl;
  • ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
  • Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək;
  • Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
  • Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
  • Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
  • Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri Xırdalan şəhərində yerləşir
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə Mühasib” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 11

Toca Residence

Baş Mühasib

Son tarix 05 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
  • Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank və kassa əməliyyatları;
  • Məlumatları 1C programına işləmək;
  • E-mail və telefonların cavablandırılması;
  • Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;

Tələb olunan göstəricilər: 

  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • Cinsi: xanım
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Mühasibatlıq proqramında işləmək bacarıqları 1c; 
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
  • Problemləri həll etmə bacarıqlarına malik olmaq;
  • Rəhbərliyin qərarlarının icrasına nəzarət etmək.

İş qrafiki: həftə içi 2 gün (saat 10:00-dan 18:00-dək)

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.

Əmək haqqı: 800 AZN

İş yeri : Azure Business Mərkəzi 

Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz müraciətlərə baxılmır.

VAKANSİYA 12

ATL Academy

Müştəri əlaqələri üzrə mütəxəssis

Son tarix 05 iyn 2022 – muraciət et

Tələblər:

  • Telemarketing/satış bacarıqlarının olması
  • Müştərilərlə iş təcrübəsinin olması (arzuolunandır)
  • Ofis proqramları biliyi
  • Səlis və aydın danışıq tərzi
  • Yüksək nitq və yazı mədəniyyəti
  • Sürətli öyrənmək və yeniliklərə uyğunlaşmaq bacarığı

Öhdəliklər:

  • İsti zənglər (hot calls) vasitəsilə satışın aparılması
  • Potensial müştərilərlə konsultasiya görüşlərinin keçirilməsi
  • Sosial media kanallarına daxil olan mesajların cavablandırılması
  • CRM üzrə hesabatların hazırlanması
  • Müqavilələrin hazırlanması.

VAKANSİYA 13

AzəriMed QSC

Optika üzrə tibbi nümayəndə

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Yaş: 22-35;
  • Xanım namizədlər tələb olunur;
  • Təhsil: Ali və ya orta təhsil;
  • Təcrübə: Tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi (Optika sahəsində təcrübənin olması üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalı (Rus dili biliyi arzu olunandır);
  • Effektiv kommunikasiya və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq tibbi müəssisələri və aptekləri ziyarət etmək;
  • Təyin olunmuş optika məhsullarının tibbi müəssisələr və apteklərdə təqdimatı;
  • Optika məhsullarının satışını təşkil etmək;
  • Mütəmadi olaraq görülən işlər barədə hesabatın təqdim edilməsi.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü
  • Əmək haqqı: 500-1200 AZN

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Optika üzrə Tibbi Nümayəndə” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 14

Məhkəmə işləri üzrə hüquqşünas

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil (hüquq elmləri üzrə);
  • Hüquq sahəsində 2 ildən çox iş təcrübəsi,
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti,
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus dili və ingilis dili arzuolunandır,
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi;
  • Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
  • Müqavilələrin hazırlanmasında və onların hüquqi ekspertizasında iştirak etmək;
  • Təşkilatın filiallarına və digər struktur bölmələrinə hüquqi dəstəyin həyata keçirilməsində iştirak etmək;
  • Dövlət orqanlarından və ictimai təşkilatlardan daxil olmuş sorğu və müraciətləri qanunvericiliyə müvafiq cavablandırmaq.
  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
  • Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;

İş şəraiti:

  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Məhkəmə işləri üzrə hüquqşünas” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 15

MLK Construction Group

Mühasib

Son tarix 05 iyn 2022 – [email protected]

Namizədə tələblər:

  • Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil
  • İstehsalat və senaye sektorlarında mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
  • Əla səviyyədə Azərbaycan dili
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları
  • Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (Micro üstünlükdür)

İş barədə məlumat:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
  • Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasına nəzarət etmək
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək
  • Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək
  • Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək
  • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək
  • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət və sənədlərin arxivləşdirilməsini təmin etmək
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək

İş şəraiti:

  • İş qrafiki: 09:00-dan 18:00-dək (6 günlük)
  • Əmək haqqı: Müsahibə əsasında
  • İş yeri: Ağ şəhər

VAKANSİYA 16

Azericard

Aparıcı mühasib

Son tarix 05 iyn 2022 – [email protected]

Əsas vəzifələr:

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə uçotun aparılması;
  • Maliyyə nəticələri və digər verilən məlumat əsasında təqdimatların hazırlanması;
  • Aylıq büdcə hesabatlarının formalaşdırılması;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsilli;
  • Maliyyə sahəsində 1-3 il iş təcrübəsi;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər;
  • Maliyyə uçotu üzrə beynəlxalq sertifikat  ( FA, FR );
  • Dəqiqlik, diqqətlilik, planlama, böyük həcmli məlumat ilə işləmə qabiliyyəti;
  • Maliyyə uçotu proqramlarında, MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları.

Namizədlərdən CV-lərini “Aparıcı mühasib” mövzusu ilə göndərmək xahiş olunur. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 17

Star Mining LLC

Təchizat üzrə mütəxəssis (nəqliyyat avadanlıqları üzrə)

Son tarix 05 iyn 2022 – [email protected]

Namizədə tələblər:

  • Yaş həddi:28-40
  • Kişi namizəd
  • Azı 3 il bu sahə üzrə təcrübə 
  • Azərbaycan, Rus və İngilis dillərində yazışma bacarığı 
  • Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı
  • Komandada işləmək bacarığı 
  • İşinə məsuliyyətli yanaşma.

Vəzifə təlimatı:

  • Şirkət prosedurlarına əsasən təchizat şöbəsinin meneceri tərəfindən verilən təlimatlar əsasında nəqliyyat vasitələri, xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək, sifarişlər vermək, tədarük prosesində iştirak etmək və malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək. 
  • Şirkətin yük və minik maşınları, texnika, avadanlıq, ehtiyyat hissələri və xidmətlərə olan daxili tələbatını müəyyən etmək, texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək göstərmək.
  • Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
  • Avtonəqliyyat şöbəsindən daxil olan sifarişlər əsasında yük və minik maşınlarının, texnika, avadanlıq, onların ehtiyyat hissələrinin və həmçinin xidmətlərin satın alınması üzrə mütəmadi olaraq araşdırmalar həyata keçirmək və tenderlər təşkil etmək. 
  • Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək. 
  • Təchizatçılar ilə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
  • Təsdiq edilən təkliflər əsasında təchizat müqavilələrinin və satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
  • Satın alınmış malların vaxtında təhvil-təslim edilməsini təşkil etmək, tələbə uyğun olub-olmamasını müəyyən etmək və qeydiyyatını aparmaq.
  • Sifariş edilən mal və avadanlığın anbara logistikasını təşkil etmək.
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat prosedurlarını həyata keçirmək. 
  • Yeni nəqliyyat vasitələrinin Dövlət Yol Polisi idarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prosesinin təşkil edilməsi. 
  • Yeni xüsusi texnikalar üçün Fövqəladə Hallar Nazirliyindən lisenziyaların alınmasının təşkil edilməsi.
  • Nəqliyyat vasitələrinin və xüsusi texnikaların illik texniki baxışının keçirilməsinin təşkili, icbari və yol sığortasının, xüsusi fərqlənmə nişanı, yük daşıma qəbzi və digər icazələrinin alınması.
  • Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
  • Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məlumata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək. 
  • Təchizat şöbəsinin Menecerinə Avtonəqliyyat şöbəsinin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsi barədə məlumat etmək. 
  • Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək. 
  • Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq. 
  • Təchizat şöbəsinin meneceri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Namizədlər CV formalarını mail-na mövzu yerində Təchizat üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər. Zəhmət olmasa yuxarıda qeyd edilən tələblərə uyğun gəlməyən namizədlər cv göndərməsin.

VAKANSİYA 18

Company

İnteryer dizayner

Son tarix 05 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Elektronika və məişət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinin filiallarının və şəbəkəyə daxil digər layihələrin interyer dizaynının işlənilməsi;
  • Layihələrin realizasiyası və müəllif nəzarətinin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (memarlıq və ya interyer dizayn sahəsində);
  • İnteryer dizayn sahəsində azı 5 il iş təcrübəsi;
  • İnteryer dizayn sahəsində həyata keçirdiyi proyektlərdən ibarət portfolio;
  • Autocad, 3dmax ve Photoshop proqramları üzrə interyer dizaynerə lazım olan səviyyədə biliklər.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • 2000-2500 AZN əmək haqqı;
  • Portfolionun olması mütləqdir.

Qeyd olunan tələblərə uyğun namizədlər cv və portfoliolarını aşağıda qeyd olunan mail ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 19

ASIA Motors

Satış nümayəndəsi (avtomobil satışı sahəsi üzrə)

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
  • Azərbaycan və Rus dilini səlis bilməli, İngilis dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Parakəndə avtomobil satış sahəsində təcrübə arzuolunandır;
  • MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
  • Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
  • Yeniliklərə açıq olmalı;
  • Yaş həddi: 25-35

Vəzifələr:

  • Müştəriləri satış salonunda qarşılayıb avtomobil satışının həyata keçirilməsi;
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Reqlamentə uyğun müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
  • Yeni satışlar üçün potensial müştərilərlə əlaqələrin təşkili;
  • Satdığı və rəqib şirkətlərin müvafiq məhsulları barəsində öyrənilməsi, araşdırılması və analizinin aparılması;
  • Təlimlərdə iştirak etməli və inkişaf planına uyğun irəliləməli;
  • Satış prinsiplərinə riayət etməli;
  • Avtomobil sifarişində yaxından iştirak etməli;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat verməli;
  • Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etməli;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
  • İş yeri: Babək prospekti
  • Karyerada yüksəliş imkanları

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsində “Satış Nümayəndəsi” qeyd edərək göndərə bilərlər.

VAKANSİYA 20

AMO Group

Baş mühasib

Son tarix 05 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat  uşotu hesablarında vaxtında əks etdirilməsini təmin etmək
  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına nəzarət etmək
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsini təmin etmək
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasına nəzarət etmək
  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Təşkilatın əmlakının qorunmasına nəzarət etmək
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi 
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılmasını təşkil etmək

Tələblər:

  • Ali təhsil /Maliyyə, İqtisadiyyat , Mühasibat uçotu/
  • Azərbaycan , rus dilləri yüksək səviyyədə olmalı  (ingilis dili arzu olunandir)
  • Yüksək səviyyədə idarəetmə  və komandada işləmək bacarığı
  • Güclü analiz qabiiyyətinə malik olmalı
  • Maliyyəni yüksək səviyyədə bilməli
  • MS Office (MS Excel, MS Word, MS Outlook, 1C)  proqramlarından sərbəst istifadə qabiliyyəti
  • Müvafiq  sahədə iş təcrübəsi minimum 5 il
  • İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı  olacaq. 

Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş mühasib” qeyd edərək göndərə bilər.

VAKANSİYA 21

Emsa Baku

Satış təmsilçisi (Madame Coco və Decoria mağazalar şəbəkəsi)

 Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Komandada işləmə bacarığı;
  • Satış sahəsində minimum 6 aylıq təcrübə;
  • Ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • Yaş: 20-35.
  • Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür.

Öhdəliklər:

  • Öhdəliyində olan məhsullara görə məsuliyyət daşımaq;
  • Müəssisənin geyim, davranış, etik qaydalar və prinsiplərinə uyğun davranmaq;
  • Müştəriləri məmnun etmək və növbəti alışa həvəsləndirmək.

Təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Böyük komandanın üzvü olmaq;
  • Vəzifə yüksəlişi.

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

İş rejimi: Tam iş günü (6 gün)

“Tələblər” bölməsində bütün tələblərə cavab verdiyiniz halda e-mailin mövzu hissəsində “satış təmsilçisi” yazmaqla şəkilli tərcümeyi-halı,(CV) göndərməyiniz xahiş olunur.

VAKANSİYA 22

Qala Sigorta

Təkrarsığorta şöbəsinin baş mütəxəssisi

 Son tarix 01 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Sığorta müqavilələri və müştərilərə təqdim edilən təkliflər üçün təkrarsığorta təminatının əldə edilməsində iştirak və tələb olunan şərtlərin müəyyənləşdirilməsi;
  • Fakultativ və obliqator təkrarsığorta müqavilələrinin hazırlanması;
  • Təkrarsığortaçının zərərdə iştirak payının alınması, müxtəlif təyinatlı təkrarsığorta borderolarının hazırlanması və təkrarsığorta əməliyyatları üzrə icra olunmalı digər işlərin aparılması;
  • Yerli və xarici sığortaçı, təkrarsığortaçı və brokerlərlə əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak;
  • Təkrarsığorta tərəfdaşlarının sorğularının cavablandırılmasını və qeydiyyatının aparılması;
  • Təkrarsığorta əməliyyatları ilə bağlı müxtəlif hesabatların hazırlanması;
  • Təkrarsığorta prosesinin Şirkətin siyasətinə və sığorta qanunvericiliyinin tələblərinə uyğun aparılması;
  • Yeni sığorta məhsullarının hazırlanmasında iştirak və sığorta şərtlərinin müəyyənləşdirilməsi;
  • Digər struktur vahidləri tərəfindən daxil olan sorğuların (tələb olunduqda) vaxtlı-vaxtında və düzgün cavablandırılması;
  • Vəzifə səlahiyyətləri çərçivəsində daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələrin, həmçinin İdarə Heyətini sədri, sahə rəhbəri, departament və şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələrin həyata keçirilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • İqtisadiyyat, texniki və hüquq sahələri üzrə ali təhsilin olması;
  • Anderraytinq və ya təkrarsığorta sahəsində 3 illik iş təcrübəsi;
  • Sığorta qanunvericiliyini bilməsi;
  • MS Word, MS Excel, MS Power Point, MS Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
  • Azərbaycan və İngilis dilini əla səviyyədə bilməsi, Rus dili biliyi arzuolunandır;

Fərdi keyfiyyətlər:

  • Dəqiqlik, fikirlərini aydın ifadə etmə bacarığı, ünsiyyət qurmaq bacarığı, inam yaratma, işgüzar məktubları yüksək səviyyədə tərtib etmə bacarığı, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məntiqi düşüncə, operativlik, çalışqanlıq, təşəbbüskarlıq, problemli vəziyyyətləri həll etmə bacarığı.

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 31 may 2022-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Təkrarsığorta şöbəsinin baş mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

fed.az