Doktoranturaya sənəd qəbulu uzadılıb

60

Təhsil Nazirliyinin məlumatına görə, ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinin vaxtı uzadılıb. Proses 10 may saat 23.59–da bitəcək.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır.  Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə ADDA-ya müraciət göndərməlidirlər. Nəticə olaraq ADDA tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.

adda.edu.az