Yaponiya gəmisindən itkin düşən sərnişinlərin axtarışı davam edir

103

Yaponiya Sahil Mühafizəsi qəzaya uğramış “Kazu 1” sərnişin gəmisindən itkin düşmüş şəxslərin axtarışına başlayıb.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, axtarış işləri Rusiya tərəfi ilə razılaşdırılıb.

Qeyd edək ki, aprelin 23-də Yaponiyanın Hokkaydo adası sahillərinin yaxınlığında qəzaya uğrayan “Kazu 1” kiçik səyahət gəmisində 24 sərnişin və iki heyət üzvü olub. İndiyədək 14 nəfərin həlak olduğu təsdiqlənib, gəminin özü 100 metrədək dərinlikdə tapılıb.