500 milyon avroya üç “Ro-Ro” və iki “Ro-pax Superstar” gəmisi inşa ediləcək

67

“Seanews.az” xəbər verir ki, “Finnlines” şirkəti, Çinin “China Merchants Jinling Shipyard” tərsanəsində inşa edilmiş “Finneco I”adlı hibrid “Ro-Ro” gəmisini təhvil alıb.

Bu, sifariş edilən üç “Ro-Ro” gəmisindən birincisidir. Artıq iyun ayında gəmi Biskay körfəzi – Şimal dənizi – Baltik dənizi marşrutu üzrə istismar ediləcək.

“Finneco I” gəmisi “Finnlines” proqramı çərçivəsində inşa edilib. Bu proqrama ümumi dəyəri 500 milyon avro olan cəmi beş – üç “Ro-Ro” və iki “Ro-pax Superstar” gəmisinin tikintisi daxildir.

Uzunluğu 238 metr, eni 34 metr olan “Finneco I” gəmisinin dedveyti 17,4 min tondur.