Mariupol limanında 6 əcnəbi gəmi qalıb

147

Ukraynanın dəniz limanlarında 70-dək gəmi, Mariupol limanında isə 6 əcnəbi gəmi hərəkətsiz qalıb.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Mariupol dəniz ticarət limanının direktoru İqor Barskiy bildirib.

Mariupol limanının rəhbəri qeyd edib ki, orada qalmış gəmilərin bir qismi ciddi təmir olunmalıdır. Hərçənd Mariupol gəmiqayırma zavodu da müharibə nəticəsində xeyli dərəcədə dağılaraq yayarsız vəziyyətə düşüb. Liman işçilərindən 23 nəfəri həlak olub.

“Buna baxmayaraq, liman azad edilən kimi qismən də olsa fəaliyyətimizi bərpa edəcəyimizi düşünürük”, – liman direktoru qeyd edib.