Sazişin qüvvəyə minməsi dünyada qeyri-qanuni balıq ovu ilə mübarizəyə töhfə verəcək

48

Beynəlxalq Dəniz Təşkilatının (IMO) saytında dərc edilmiş bəyanatında deyilir ki, milli hökumətlər 2012-ci il Keyptaun Sazişinin qüvvəyə minməsi üçün tədbirlər görməlidirlər, çünki o, balıqçı gəmilərinin təhlükəsizliyi rejimini təyin edəcək və balıqçıların mühafizəsini təmin etməyə kömək edəcək mühüm beynəlxalq müqavilədir.

“Seanews.az”-ın məlumatına görə, Keyptaun Sazişi ümumilikdə 1925 balıqçı gəmisi qeydə alınmış 17 dövlət tərəfindən ratifikasiya edilmişdir. Sazişin qüvvəyə minməsi üçün açıq dənizdə fəaliyyət göstərən 3,6 min balıqçı gəmisinin (uzunluğu 24 metr və daha çox) mənsub olduğu ən azı 22 dövlət tərəfindən təsdiq edilməlidir.

2019-cu ildə keçirilən nazirlər konfransından sonra 50-dən çox dövlətin nümayəndələri Torremolinos Bəyannaməsini imzalayaraq, sazişi 10 illiyinə (11 oktyabr 2022-ci il) ratifikasiya etmək öhdəliyini bir daha təsdiqləyiblər.

IMO-nun bəyanatında qeyd edilir ki, Keyptaun razılaşmasının qüvvəyə minməsi qeyri-qanuni, nizamlanmayan və qeyd olunmayan balıq ovu ilə mübarizəyə töhfə verəcək. Bu, dünyanın balıq ehtiyatlarının azalmasının qarşısını alacaq, balıqçılıqda rəqabəti təmin edəcək, balıçıların iş şəraitini yaxşılaşdıracaq və onları hüquqlarının pozulmasından qoruyacaq. Bundan əlavə, saziş balıqçı gəmilərindən dənizin çirklənməsini azaltmağa kömək edəcək.

Saziş, həmçinin qeyri-qanuni balıqçılıq gəmilərindən gələn təhlükə çağırışlarına cavab verən dövlət SAR xilasetmə xidmətləri, ticarət dəniz piyadaları, donanma və balıqçı gəmilərinin cəlb olunduğu axtarış və xilasetmə əməliyyatlarını azaltmağa kömək edəcək.

“Əminəm ki, biz birgə səylə təhlükəsiz, dayanıqlı və qanuni balıqçılığın çatışmayan komponentini tamamlamaq üçün bu sazişin qüvvəyə minməsini təmin edəcəyik”,-deyə IMO-nun baş katibi Kitak Lim bildirib.