Etibar Nuriyev: “Erkən yaşlarımdan dənizlə dost ola biləcəyimə inanırdım”

77

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə layihəsinin bu dəfəki qonağı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində Təlimatçı vəzifəsində çalışan Etibar Nuriyevdir.

– Etibar müəllim, sizinlə “Dənizçilərə Sosial Dəstək”  İctimai Birliyinin  və Müstəqil.az-ın birgə lahiyəsi olan “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Özünüz haqda məlumat vermənizi xahiş edirəm.

– 27 aprel 1963-cü ilin aprel ayının 27-də Xaçmaz rayonunun Xuray kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra dənizçi olmaq istəmişəm elə bu arzu ilə də Q.Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə daxil olmuşam. 1984-cü ildə Məktəbin “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə bitirmişəm.

1985-ci ildən 2013-cü ilədək “Xəzər Dəniz Gəmiçiliyi”nin müxtəlif gəmilərində növbə mexaniki vəzifəsindən baş mexanik vəzifəsinədək əmək fəaliyyəti ilə məşgul olmuşam.

2013-cü ildən 2016-cı ilin iyun ayınadək ARDNŞ TTSİ Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində Nəzəri Tədris Mütəxəssisi vəzifəsində dənizçilərin peşəkarlığının artırılması ilə məşğul olmuşam.

2016-cı ilin iyun ayından 2021-ci ilin mart ayınadək CMS şirkətinin müxtəlif gəmilərində baş mexanik vəzifəsində işləmişəm.

2021-ci ilin noyabr ayından hal-hazıradək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində Təlimatçı vəzifəsində dənizçilərin peşəkarlığının artırılması ilə məşğul oluram.

-Zəngin dəniuzçi təcrübəniz var. Orta məktəbi bitirdikdən sonra dəniçi olmaq arzunuzun gerçəkləşdirilməsi ilə məşğul olmusuz. Maraqlıdır, necə oldu ki, dənizə könül verdiniz, dənizçi olmaq istəyi haradan yarandı?

-Erkən yaşlarımdan dənizə, gəmiçilik sənətinə məndə maraq yaranmışdı.  Ətrafımda olan insanlar arasında bu sahədə çalışanlar da az deyildi. Etiraf edim ki, ilk öncə onların geyimi, uniforması məni cəlb etmişdi. Qətiyyətlə qərar verdim ki, bu sahədə təhsil alım, dənizçi olum. Ona görə də orta məktəbi bitirib, Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə qəbul olundum. Dənizçi olmaq, dənizə könül vermək mənim  uşaqlıq, yeniyetməlik  çağlarımın xəyyallarının bəhrəsidir.

-Dənizlə dostluğunuz ilk andan alındı, yoxsa bir peşimançılıq, yaxud təəssüf hissi olmadı ki, sizdə.

– Dənizlə dostluğunuz ilk andan alındı. Mən erkən yaşlarımdan özümü bu sahəyə bağlı olaraq görürdüm, əlbəttə. Ona görə də özümü bu “dostluğa” hazır görürdüm. O da düzdür ki, müəyyən çətinliklər olur, ammaq bu peşimançılıq həddinə çatanlardan deyildi.


– Etibar müəllim, “Dənizçi həyatı” dedikdə nə başa düşülür? Siz bu həyatı necə xarakterizə edərdiz?

– Qısa və konkret deyəcəm, “Dənizçi həyatı” çox çətin və şərəfli peşədir. İnsanda dözüm, çətinliklərə sinə gərmək və istəyinə, arzuna doğru hərəkət edib yaşamaq, deməkdir.

-Dənizin sizdən aldığı, yaxud dənizdən aldığınız, hansı daha çoxdur?

– Mənim dənizdən öyrəndiklərim yetərincədir. Dənizdən aldığım həyat təcrübəsi, səriştə, dostluq daha çoxdur. Qaldı ki, dənizin məndən aldığına, bu ömürümüzün bir hissəsinin doğmalardan, torpaqdan uzaq olmasıdır ki, bu hallarla hər sahənin adamları qarşılaşa bilər.

-Məlumdur ki, dənizçilərin həyatında macəra dolu günlarə heç də az olmur. Sizin yaddaşınızda qalan ən maraqlı hadisələr hnsıdır?

-Belə hallar çox olub. Dənizçi həyatıdır, maraqlı, faciəli anlarla üzləşirsən, bəzən özün macəra axtarırsan və sair. Amma 1987-ci illər ərəfəsizdə Qara dənizdə olarkən güclü külək nəticəsində dalğaların təsirindən “Volqabad” gəmisinin iki hissəyə bölünməsi hadisəsis indiyədək gözümün qarşısına gəlir.

– AXDG QSC-nin Tədris mərkəzində çalışırsız. Biliklərinizi, təcrübənizi paylaşısız. Maraqlıdırmı?

– Gənc nəsildən olan dinləyicilərələ uzun müddətlik dəniz təcrübəmin paylaşılması maraqlı və qürurveicidir. Hiss edəndə ki, kimsə nəyisə əxz edə bilir, öyrənir, əməyinin heç də boş getmədiyini hiss edirsən.

– Əsasən yeni nəsl dənizçilərlə işləyirsiz, deyin, gənc dənizçi nəslinin sizin dövrün gəncləri ilə müqayisədə hansı fərqləri müşahidə etmək olar?

-Yeni nəsil müasir texnologiyalardan daha çox istifadə edir. Bizim dövrümüzdə texnologiya müasir dövrlə müqayisədə zəif inkişaf etdiyinə görə daha çox bilik və təcrübəyə əsaslanırdıq. Zəhmətə, mütaliəyəyə fikir verirdik. Əsasən də praktik həyatdan öyrənirdik.

– Məlumdur ki, ölkədən kənarda çox olmusuz, Dənizçiyə olan diqqət, onlara münasibət hansı ölkdə daha çox müşahidə olunur?

-Bu sənət elə bir sahəni əhatə edir ki, dənizlə, su ilə əlaqəsi olan bütün dövlətlərdə diqqət mərkəzində olursan. Birmənalı olaraq, deyə bilərəm ki, əsasən Avropa dövlətlərində dənizçilərə daha çox diqqət müşahidə olunur.

– Gənc dənizçi nəslinə nələri tövsiyyə edərdiz?

-Dənizçilik çətin peşə olduğu üçün işlərində məsuliyyət və işə ciddi yanaşmalarını tövsiyyə edirəm. Bu sözün həqiqi mənasında həyat məktəbidir və inanıram ki, bu məktəbin həqiqi müdavimi olanlar təəssüflənməzlər.

Faiq müəllim, Sizə də, sizin rəhbəri olduğunuz DSD İB-nə də təcrübəli dənizçi olaraq, təşəkkür edirəm ki, dənizçilərimizin həyatı və sosial durumu ilə bağlı maraqlı lahiyələrə imza atırsız.

Söhbətləşdi: Faiq Balabəyli