Balıqçılıq, xilasetmə və elmi-tədqiqat donanması üçün istisna nəzərdə tutulub

56

“Seanews.az” xəbər verir ki, Norveç mayın 7-dən etibarən limanlarını Rusiya gəmilərinin üzünə bağlayacaq. Bununla belə, balıqçılıq, xilasetmə və elmi-tədqiqat donanması üçün istisna nəzərdə tutulub.

Norveç Xarici İşlər Nazirliyi növbəti sanksiya paketi çərçivəsində Rusiya bayrağı altında yükqaldırma qabiliyyəti 500 tondan çox olan bütün gəmilərin kommersiya daşımaları üçün ölkənin kontinental hissəsinin limanlarına girişinə qadağa qoyub. Oxşar məhdudiyyət Rusiya Federasiyasının yaxtaları və gəzinti donanması üçün də nəzərdə tutulub. Bununla belə, Rusiya balıqçılıq, xilasetmə və elmi-tədqiqat gəmiləri üçün istisna edilib – onlar hələ də Norveç tərsanələrinə yan ala bilərlər. Rus balıqçıları tutduqları balıqları krallığın limanlarında boşaltmağa davam edəcəklər. Arktikanın Şitsbergen arxipelaqı da sanksiyalardan tamamilə çıxarılıb. Norveçin balıqçılıq və dənizçilik naziri Bernar Skjaran jurnalistlərə bildirib ki, krallığın limanlarına girməyə icazə verilən donanma sanksiya siyahısındakı şəxslərə aid olmamalıdır. Eyni zamanda, Barents dənizində balıqçılıq sahəsində Rusiya-Norveç əməkdaşlığını, eləcə də dənizdə axtarış-xilasetmə sahəsində ikitərəfli əməkdaşlığı qorumaq üçün xüsusi istisnaya yol verilib.