ABŞ gəmiləri və gəmiçilik şirkətlərini də əhatə etmək üçün sanksiyalar siyahısını genişləndirir

50

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, ABŞ-ın Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (“OFAC”) Rusiyaya qarşı sanksiyalarla bağlı 25A, 33-35 saylı ümumi lisenziyalar verib.

Xəzinədarlığın saytında yerləşdirilən press-relizdə bildirilir ki, “OFAC”, həmçinin bu lisenziyaların icra sərəncamlarına izahatlar əlavə edib.

Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin və onların əmlakının siyahısı xeyli genişləndirilib. Rusiya yurisdiksiyasında qeydiyyatdan keçmiş 70 müxtəlif növ gəmi ilə yanaşı, dəniz sənayesi ilə əlaqəli “Marine Trans Shipping” MMC, “Transmorflot” MMC, “Northern Shipping” QSC, “SK YuG” MMC, “Nord Layihə” MMC nəqliyyat şirkəti, “M-Lizinq” MMC və “Oboronologistika” MMC şirkətləri də məhdudiyyətlərə məruz qalıb.