ASCO əməkdaşları arasında kvest tipli yarış keçirilib

64

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kvest tipli yarış keçirilib.

Yarış ASCO-nun “Suraxanı” gəmi-muzeyində baş tutub.

İntellektual-əyləncəli oyunda ASCO-nun bütün strukturlarını təmsil edən “ASCO aparat”, “Donanmalar”, “Təmirçilər” və “Təhsil” komandaları iştirak ediblər. İki hissədən ibarət oyun zamanı iştirakçılar fiziki və zehni potensiallarını nümayiş etdirib, mürəkkəb tapşırıqlarla güc və dözümlülüklərini sınağa çəkiblər.

Çox həyəcanlı və maraqlı keçən yarışın qalibi isə ASCO-nun “Təhsil” komandası olub. Komandanın üzvləri:

  1. Babayev Laçın (ADDA)
  2. Paşazadə Səlim (ADDA)
  3. Qurbanov Cavidan (ADDA)
  4. Əlicanov Rüslan (ADDA)
  5. İsmayılov Rizvan (ADDA)
  6. Məmmədova Gülcan (TTM)
  7. Yunusli Ayşən (TTM)
  8. Allahverdiyev Asif (TTM)

Daha sonra qaliblərin mükafatlandırılma mərasimi  keçirilib.  Mərasimdə çıxış edən  ASCO-nun İnsan resurslarının idarəedilməsi  departamentinin rəisi Sevda Məmmədova və İctimaiyyətlə əlaqələr departamentinin    rəisi Mehman Mehdiyev iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda iştirakçılara  kuboklar və “Suraxanı” gəmi-muzeyin xüsusi hədiyyələri təqdim edilib. Tədbir iştirakçıları  gəmi- muzeyin bir illiyi münasibəti ilə yaradılan xatirə sütununda ürək sözlərini  yazıblar.   

Xatırladaq ki, yarışın keçirilməsində əsas məqsəd əməkdaşların intellektual səviyyəsini yüksəltmək, asudə vaxtlarını səmərəli təşkil etmək, onlar arasında sağlam rəqabət mühiti formalaşdırmaq, komanda ruhunu inkişaf etdirmək, ideya formalaşdırma bacarıqlarını artırmaqdan ibarətdir.

ASCO.AZ