Xəzərdə hərəkəti dayandırılan gəmilərin fəaliyyəti bərpa olunub

64

Küləkli hava şəraitinə görə Xəzər dənizi hövzəsində olan istər neft, istər nəqliyyat gəmilərinin hərəkəti dayandırılmışdı.

Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Trend-ə bildirib ki, artıq gəmilərin hərəkəti bərpa olunub.

“Xəzər dənizində gəmilərin hərəkəti hava şəraitinə görə dayandırılmışdı. Artıq hava şəraiti yaxşılaşdığından bu gündən gəmilərin hərəkəti bərpa olunub”, – deyə M.Mehdiyev qeyd edib.