Türkiyənin 4-cü qazma gəmisi mayın 19-da Taşucu limanına çatacaq

103

Cari ilin martında Cənubi Koreyanın Okpo limanından yola çıxan Türkiyənin dördüncü qazma gəmisinin mayın 19-da Mersin vilayətinin Taşucu Limanına çatması gözlənilir.

“Seanews.az” xəbər verir ki, yeddinci nəsil qabaqcıl texnologiya ilə təchiz edilmiş 238 metr uzunluğunda və 42 metr enində olan gəminin Şərqi Aralıq dənizində ilk missiyasını həyata keçirməsi planlaşdırılır. Qülləsinin hündürlüyü 104 metr olan və hazırda “Cobalt Explorer” adından istifadə edən gəmiyə yeni ad veriləcəyi gözlənilir.

Gəmidə aktiv mövqe təyinetmə sistemi var. 200 nəfərlik heyəti olan gəmi 12200 metr dərinlikdə qazma işləri apara bilir.

Təxminən iki ay Taşucu limanında qazma işi üçün hazırlanacaq gəmi iyulun əvvəlində Aralıq dənizində missiyasına başlayacaq.