Yanğınsöndürmə üzrə təlim uğurla başa çatıb

54

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının (XDND) əməkdaşları üçün yanğınsöndürmə təlimi keçirilib.

XDND-nin limanbaza ərazisində baş tutan təlimdə könüllü yanğınsöndürmə dəstəsinin manqaları və Xətai rayon yanğından müahifizə komandası iştirak ediblər. Təlimə manqalarla yanaşı “Hövsan-2” yedək gəmisi və 2 ədəd yanğınsöndürən avtomobili cəlb olunub.

Limanbaza körpüsündə təyin olunmuş şərti yanğın yerinə “Hövsan-2” yedək gəmisindən köpüklə yanğının söndürülməsi nümayiş olunub. Təlim zamanı həmçinin ərazidəki şərti yanğın olan yerə yanğınsöndürmə avtomobilindən 2 xətt açılaraq su ilə yanğının söndürülməsi nümayiş olunub.

Təlimin məqsədi manqa üzvlərinin kiçik həcmli yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə ləvazimatlarından istifadə qaydalarının təcrübədə tətbiq etməklərinin nümayişi idi.

XDND-nin könüllü yanğın söndürmə dəstəsinin manqalarına və Xətai rayon yanğından mühafizə komandasının üzvlərinə ərazidə olan yanğın söndürmə sistemləri və onların iş prinsipləri barədə də məlumat verilib.