Beynəlxalq Maliyyə Korporasiyasının rəsmisi: “Bakı Limanı regionun əsas dəhlizlərində böyük rol oynayır”

164

Bu gün Dünya Bankı Qrupunun üzvü olan IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycan üzrə nümayəndəsi xanım Aliyə Əzimovanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında rəsmi səfərdə olub. Səfərin əsas məqsədi IFC tərəfindən Bakı Limanının infrastruktur layihələrinə maliyyə dəstəyini təmin etmək üçün gələcək imkanları araşdırmaq, qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək olub.

Qonaqları “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Söhrab İsmayılov salamlayaraq, onlara Limanın hazırkı yükaşırma imkanları barədə məlumat verib və inkişaf planlarında özəl sektorla ediləcək tərəfdaşlığının gələcək perspektivlərindən danışıb.

Görüş zamanı limanın əməliyyatlarının daha operativ formada təşkili üçün özəl və dövlət sektorunun birgə fəaliyyəti ilə liman infrastrukturunun daha da inkişaf etdirilə biləcəyi müzakirə edilib. Tərəflər regionda davamlı iqtisadi artımın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb və bunun təmini üçün maraqlı olduqlarını bildiriblər.