DDLA-nin İdarə Heyətinin sədri Arif Məmmədov ilə İtaliyanın “RINA Services S.p.A.” təsnifat cəmiyyətinin Türkiyə Dəniz Bölməsinin müdiri Leonard Korolukun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

75

Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə Təsnifat Cəmiyyətlərinin Beynəlxalq Assosiasiyasının (IACS) təsisçi üzvlərindən biri olan İtaliyanın “RINA Services S.p.A.” təsnifat cəmiyyətinin Türkiyə Dəniz Bölməsinin müdiri Leonard Korolukun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən atılan addımlardan danışılıb və “RINA Services S.p.A.” təsnifat cəmiyyəti ilə hazırkı əməkdaşlıq vəziyyəti təhlil edilib.

Həmçinin “RINA Services S.p.A.” təsnifat cəmiyyətinin ölkəmizdə fəaliyyətini genişləndirməsi və Bakı ofisinə yerli mütəxəssislərin cəlb edilməsi barədə müzakirələr aparılıb.

Görüşdə italyan təsnifat cəmiyyəti tərəfindən Dövlət Dəniz və Liman Agentliyinin işçi heyəti üçün təlimlərin keçirilməsi sahəsində əməkdaşlığın qurulması barədə razılığa gəlinib.