“Maersk” Ukraynaya və Ukraynadan daşımaları bərpa etmək istəyir

53

Danimarkanın “A.P. Moller-Maersk” nəqliyyat və logistika qrupu  Ukraynaya və Ukraynadan malların daşınması variantları barədə qərar verib. Şirkət mətbuata açıqlamasında bu yüklərin Polşa və ya Rumıniyadan daşına biləcəyini bildirib.

“Seanews.az” xəbər verir ki, ticarət təşkilatları vasitəsilə malların Ukraynaya və Ukraynadan daşınması müştərinin məsuliyyəti altında həyata keçiriləcək. Daşıyıcı göndərmə variantları yerli hökumətin təsdiqinə, əməliyyatın mümkünlüyünə və əlavə şərtlərə tabe olacaq.

24 fevral 2022-ci il tarixindən sonra “Maersk Line” növbəti bildiriş gələnə qədər Ukraynaya və Ukraynadan malların çatdırılması üçün sifarişlərin qəbulunu dayandıracağını elan etmişdi.

Eyni zamanda, “Maersk”, “MSC”, “CMA CGM”, “Hapag Lloyd” və “ONE” kimi digər böyük daşıma şirkətləri Rusiyaya və Rusiyadan yük sifarişlərini dayandırdıqlarını açıqladılar.

“Maersk” ən böyük beynəlxalq daşıma şirkətlərindən biridir. Operatorun donanması 600-dən çox konteyner gəmisini əhatə edir.