Türkiyənin yeni qazma gəmisi Şərqi Aralıq dənizində qaz axtarışı aparacaq

59

Türkiyənin 7-ci nəsil qazma gəmisi bu həftə Cənubi Koreyadan Türkiyəyə gələcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, dərin qazma qabiliyyətinə malik yeni gəmi iyul ayından etibarən Şərqi Aralıq dənizində axtarış fəaliyyətlərinə başlayacaq.

Yeni gəmi İsrail qazının Türkiyə ərazisi vasitəsilə Avropaya nəql edilməsi planlaşdırılan dövrdə xidmət göstərəcək.