Ələt azad iqtisadi zonasının genişləndirilməsi planlaşdırılır

76

Ələt azad iqtisadi zonasının (AİZ) genişləndirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu AİZ-in Səlahiyyətli Qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, AİZ rəqabətqabiliyyətli mühitin yaradılmasına yönəlmiş iqtisadi siyasətin vacib hissəsinə çevrilib: “Bizim məqsədimiz Azərbaycanda biznesə investisiyalar üçün ən yaxşı şəraiti yaratmaqdır. Avropa İttifaqı şirkətlərini Ələt AİZ-lə əməkdaşlığa çağırırıq”,

O, həmçinin, Ələt AİZ-in investisiya imkanlarından danışıb.

“Azad iqtisadi zonanın genişləndirilməsi planlaşdırılır, tikinti işlərinin bu ilin iyulunda başa çatması nəzərdə tutulub. Biz AİZ-in rezidentləri üçün ən yaxşı biznes mühiti yaradacağıq. Eyni zamanda, gələcəkdə rezidentlərimizin biznesinin genişlənməsi və artımını təmin edəcəyik”, – V.Ələsgərov deyib.