Klaypeda limanının inkişafına 350 milyon avro sərmayə qoyulacaq

80

Litvanın Klaypeda limanının inkişafına dörd il ərzində 350 milyon avro sərmayə qoyulacaq. Liman administrasiyasının məlumatına görə, vəsaitlərin yükaşırma müəssisəsinin inkişafına, o cümlədən dəmir yollarının yenidən qurulmasına yönəldilməsi planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, 2021-ci ildə investisiyaların həcmi 47,5 milyon avro təşkil edib. Bu da 2020-ci illə müqayisədə 2,2% azdır. İnvestisiyalar limanda dib dərinləşdirmə işlərinə və dəmir yollarının yenidən qurulmasına sərf olunub.

Klaypeda Baltik dənizinin şərq sahilində donmayan limandır. 2021-ci ildə limanın yük dövriyyəsi 45,6 milyon ton təşkil edib.