Süveyş kanalından keçən gəmilərin sayı artıb

73

2022-ci ilin dörd ayında Süveyş kanalından keçən gəmilərin sayında 10% artım olub.

“Seanews.az” xəbər verir ki, yanvar-aprel aylarında Süveyş kanalından keçən gəmilərin sayı 2021-ci ilin eyni dövründəki 1066-dan 1166-ya çatıb. Bu barədə Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabiye bildirib.

Kanalın genişləndirilməsi layihəsi davam etdirilir. Layihə çərçivəsində fəaliyyət göstərən yerqazan gəmilərin sayı 8-ə çatdırılıb.

Kanal rəhbərliyi təsdiqləyib ki, kanalın cənub sektorunun inkişafı layihəsi müəyyən olunmuş qrafik üzrə davam edir.

İnkişaf layihəsi böyük əhəmiyyət kəsb edir və cənub girişində naviqasiya təhlükəsizliyini və kanalın daha çox gəmi qəbul etmək qabiliyyətini artırmaq məqsədi daşıyır.