ADDA-nın doktorantları beynəlxalq elmi konfransda

56

Bu günlərdə Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı keçirilib.

Konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik texnikası” üzrə doktorantura pilləsində təhsil alan “Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları Emil Məmmədov, Sahib İsmayılov və Elsevər Həsənov müxtəlif məqalələrlə çıxış ediblər.  Konfransın “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2022”  bölməsində doktorantlarımız ölkəmizdə gəmiçiliyin aktual problemlərinə dair, o cümlədən gəmi val-generator qurğularının, gəmi göyərtə və lövbər-yanalma mexanizmlərinin elektrik intiqallarının müasir avtomatik idarəetmə sistemləri haqqında elmi məqalələr təqdim ediblər.

Mayın 20-də Bakı Ali Neft Məktəbinin Konqres zalında keçirilən bağlanış mərasimində konfransda 3-cü yer tutduqlarına görə Emil Məmmədov və Elsevər Həsənova diplomlar və hədiyyələr təqdim edilib.  

Qeyd edək ki, kafedra üzrə doktorantların elmi işlərinin yerinə yetirilməsinə və müxtəlif ali təhsil müəssisələrinin elmi-texniki konfranslarında məqalələrlə çıxış etmələrinə rəhbərliyi “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov həyata keçirir.

adda.edu.az