60 ildən çox gəmiçilik sahəsində çalışan qocaman dənizçi ziyarət olunub

143

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 84 yaşını qeyd edən veteran dənizçi Adil Eyvazova baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Ziyarət zamanı həyatının böyük hissəsini dənizçiliyin inkişafına həsr etmiş Adil Eyvazovun xidmətləri xatırlanıb, onun məhsuldar fəaliyyətinin gənc nəslə örnək olduğu bildirilib.

Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq özünü yenə də dənizçilər ailəsinin ayrılmaz üzvü hesab edir.

Xatırladaq ki, Adil Eyvazov 27 may 1938-ci ildə anadan olub.

O, ömrünün 60 ildən çox hissəsini dənizçiliyə həsr edib. Gəmiçiliyin müxtəlif strukturları ilə yanaşı, ayrı-ayrı dövrlərdə həm Azərbaycan Dövlət Dəniz Akademiyasında, həm də Azərbaycan Dənizçilik Kollecində müəllim kimi çalışıb.

Adil Eyvazov 2019-cu ildə təqaüdə çıxıb.