Xəzərdə tranzit marşrutlarının sayını artırmaq lazımdır

380

Xəzərdə tranzit marşrutlarının sayını artırmaq lazımdır – İran-Rusiya Ticarət Palatasının nümayəndəsi

Bu  barədə şənbə günü Trend  -ə İran-Rusiya Birgə Ticarət Palatasının sədr müavini Cəlil Cələlifər bildirib .

Onun fikrincə, bu, ölkələrə neft satışından az olmayan gəlir gətirə bilər. Bu il Xəzərdən yüklərin tranziti artıb. Hələlik bu artım mövcud potensialla müqayisədə ciddi sayılmır. Məsələn, Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi ildə təxminən 15 milyon ton təşkil edir ki, bu da tranzit üçün böyük imkanların olduğunu göstərir.

Cəlilif onu da qeyd edib ki, İranın şimalındakı Gilan əyalətinin Ənzəli limanında ildə 13,5 milyon ton yük daşına bilər. İranın Xəzər dənizindəki digər limanları öz potensialından 30 faiz az işləyir.

Onun sözlərinə görə, bu yaxınlarda İranın Xəzər Dəniz Gəmiçiliyi üç gəminin alınması ilə bağlı müqavilə imzalayıb. O, işlənmiş gəmiləri almağa məcbur olur, çünki yeni bir gəminin qiyməti 10 milyon dollardan çoxdur. Əgər gəminin tikintisi lizinq forması əsasında maliyyələşdirilirsə, o zaman bu, 12-15 ay çəkəcək, ona görə də İran özü Xəzər dənizində marşrutlar üçün gəmilər tikməlidir.

mənbə: https://www.trend.az/business/transport/3598489.html