IMO ətraf mühitə və gəmiçiliyə dəyən ziyanı məhdudlaşdırmaq səylərini dəstəkləyir

124

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Kitak Lim Yəmən sahillərində “FSO Safer” üzən neft terminalından ən böyük neft sızması təhlükəsini aradan qaldırmaq üçün BMT-nin fəaliyyət planına maliyyə dəstəyi verməyə çağırıb. 

“Seanews.az” xəbər verir ki,  Haaqada donor ölkələr gözlənilən ekoloji fəlakətin qarşısını almaq üçün planın maliyyələşdirilməsinə 33 milyon dollar ayırmağı vəd ediblər.

IMO, xüsusilə “FSO Safer” anbarlarından mümkün sızmaya və dağılma zamanı bölgədə ətraf mühitə, iqtisadiyyata və gəmiçiliyə dəyən ziyanı məhdudlaşdırmaq üçün səyləri dəstəkləyir.

IMO rəhbəri bildirib ki, neft məhsullarının yardımçı gəmiyə ötürülməsi üçün maliyyə vəsaiti tələb olunur. Bu fövqəladə neft transferi əməliyyatı üçün əvvəlkilər  də daxil olmaqla 40 milyon dollar vəsait ayrılıb.

Məlumdur ki, Yəmən sahillərində üzən neft saxlama və boşaltma qurğusunun tutumu təxminən 1 milyon barel neftə bərabərdir.

Haaqadakı vəsaitin toplanması tədbiri Niderland və BMT tərəfindən təşkil olunub. IMO-nun müraciətində deyilir ki, əlavə 144 milyon dollar toplanmasına ehtiyac var. Bu məbləğə “FSO” çənlərindən neftin başqa gəmiyə ötürülməsi əməliyyatı üçün lazım olan 80 milyon dollar daxildir. Qeyd olunur ki, BMT-nin planı oxşar üzən neft anbarı və boşaldıcı qurğunun quraşdırılmasını nəzərdə tutur.