Çanaqqala limanına kruiz gəmilərinin axını başlayıb

127

Yeni növ koronavirus (COVİD19) pandemiyasına dair məhdudiyyətlər götürüldükdən sonra kruiz gəmiləri yenidən Çanaqqalaya gəlməyə başlayıb.

Çanaqqala Liman İdarəsinin baş direktoru Berkan Özkan bildirib ki, 2022-ci ilin ilk 5 ayında Çanaqqala Limanına 6 kruiz gəmisi gəlib. Bu gəmilərin gətirdiyi 1962 turistin ən çox ziyarət etdiyi yerlər arasında Troya, Assos arxeoloji yerləri və Tarixi Gelibolu yarımadası ilk sırada olub.

Berkan Özkan mövsümün sonunadək limana gələcək gəmi sayının 45-ə çatacağını proqnozlaşdırdıqlarını da sözlərinə əlavə edib.