Rusiya Mariupol limanı vasitəsi ilə Ukrayna metalını daşımağa başladı – VİDEO

141

Rusiyanın ələ keçirdiyi Mariupol limanından metalyayan məmulatlarla yüklənmiş “Astraxan” yük gəmisi Rostov-Don istiqamətinə yola düşüb. 

Mariupol merinin müşaviri Petr Andryuşşenko özünün “Telegram” kanalında gəminin yola düşməsinin görüntülərini yayımlayıb.

“Mariupol. Liman. 2,5 min ton metalyayan hazırda Mariupol limanının akvatoriyasını tərk etdi”, – deyə o, bildirib.

Müşavir onu da qeyd edib ki, Rusiya daha 34 gəmini “milliləşdirmək” niyyətindədir.

https://player.baku.tv/embed/55229

Mənbə: Truxa Ukraina