ASCO 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir

101

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisi öz işinə başlayıb.

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Caspian Marine Services (CMS) şirkəti birgə stendlə təmsil olunur.

Stenddə ziyarətçilərə ASCO-nun gəmilərinin istər ölkə daxilində, istərsə də beynəlxalq layihələrdə iştirakı və rolu barədə ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır. Bundan başqa, stenddə quraşdırılan monitorda ASCO-nun dənizdəki əməliyyatlarından görüntüləri əks etdirən videoçarx nümayiş olunur. Həmçinin, iştirakçılara müxtəlif çap məhsulları təqdim edilir.

Bu il ənənəvi “Xəzər Neft və Qaz” sərgisi dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirir.  İştirakçıların siyahısında Almaniya, ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə,  Xorvatiya və Yaponiyanın şirkətləri daxildir.

Sərgi öz işini iyunun 3-dək davam etdirəcək.