Atlantik okeanında bioyanacaq sınaqları keçiriləcək

116

“RTM Tasman” quru yük gəmisi “BP”-nin istehsal etdiyi bioyanacaqla Atlantik okeanında səfərlərə çıxacaq. Bir il davam edəcək sınaqlarda “BP” dağ-mədən və metallar şirkəti “Rio Tinto”-nu dəniz bioyanacağı ilə təmin edəcək.

“Seanews.az” xəbər verir ki, “Rio Tinto” öz gəmilərindən karbon emissiyalarının azaldılması yollarını axtarır və 2050-ci ilə qədər sıfır karbona nail olmaq üçün bioyanacaqdan istifadə imkanlarını və perspektivlərini araşdırır.

Sınaqlarda “BP”-nin “B30” bioyanacaq qarışığından istifadə ediləcək. Qarışıq 30% yağ turşusu metil efirlərindən və çox aşağı kükürdlü mazutdan ibarətdir.

“B30” bioyanacağından istifadə standart dəniz yanacağı ilə müqayisədə emissiyaları 26% azalda bilər. “Rio Tinto” artıq 2008-ci ilin ilkin göstəricisi ilə müqayisədə öz və icarəyə götürdüyü gəmilərdən emissiyaları 30% azaltmağa nail olub. Şirkət vaxtından əvvəl, 2025-ci ilə qədər emissiyaları 40% azaltmaq üçün IMO-nun 2030-cu il hədəflərinə çatmaq niyyətindədir.

 Avstraliya-Britaniyanın “Rio Tinto Goup”-u dünyanın ən böyük qalaq yük daşıyıcılarından biridir.