Dövlət orqanlarının yüksək rütbəli şəxsləri Dövlət Dəniz və Liman Agentliyində olublar.

198

Dövlət Dəniz və Liman Agentliyində ölkəmizdə fəaliyyət göstərən 12 müxtəlif dövlət Qurumunun yüksək rütbəli şəxslərinin iştirakı ilə iclas olub. Tədbir iştirakçılarını salamlayan Agentliyin İdarə heyəti sədrinin müavini Rabil Niftullayev Agentliyin fəaliyyəti barədə məlumat verib.  Qeyd edib ki, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni, dəniz üzgüçülüyünün təhlükəsizliyinə nəzarəti həyata keçirən qurumdur. Onu da vurğulayıb  ki, Agentlik  bir çox dövlət əhəmiyyətli layihələrin gedişatına dəstək verərək, istər ölkədaxilində, istərsə də ölkə hüdudlarından kənarda həm gəmi nəqliyyatının, həm də azərbaycanlı dənizçilərin təhlükəsizliyinin təmin olunmasında iştirak edir.

Agentliyin  Hüquq və beynəlxalq əlaqələr departamentinin rəhbəri Famil Məmmədov Dövlət Dəniz və Liman Agentliyinin ümumi fəaliyyətindən, Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində aparıcı rolunundan danışıb. Qurumun spesifik struktur bölmələri, departamentlərin ümumi iş prinsipi barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, liman kapitanlarının fəaliyyətinin təşkili departamentinin müffəttişləri tərəfindən limanlara gəmilərin giriş-çıxışı istisnasız olaraq qeydə alınır və  dəniz üzgüçüyünün təhlükəsizliyi ilə bağlı məsələlər daim nəzarətdə saxlanılır.

İclas zamanı qonaqların dəniz nəqliyyatı və dünya sularında baş verən gəmi qəzaları  və təhlükə ehtimalı olan digər məsələlərlə bağlı sualları cavablandırılıb.

Sonra DDLA – nin Uzaq Məsafədən Tanıma və İzləmə Milli Mərkəzi ilə tanışlıq olub. Məlumat üçün bildirilib ki, Mərkəzin fəaliyyətində ehtiyac olduğu təqdirdə, digər dövlət qurumları olan Hərbi Dəniz Qüvvələri, Sahil Mühafizə Xidməti və  Fövqəladə Hallar Nazirliyi ilə operativ əlaqə  qurulur.

Sonda Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən  Dövlət Dəniz və Liman Agentliyinə Tərifnamə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.

ardda.gov.az