“Xəzər” və “Dalğa” bağçalarının uşaqları “Suraxanı” gəmi-muzeyində maraqlı gün keçiriblər

177

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Dalğa” və “Xəzər” bağçalarında məktəbəqədər təhsil alanlar üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub.

Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.

Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.

Ümumilikdə təşkil olunan turdan uşaqlar xoş təəssüratlarla ayrılıblar.