70 illik yubileyini qeyd edən veteran dənizçi evində ziyarət olunub

154

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, gəmi elektrik mexaniki Vahid İbrahimov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara evində baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Görüşdə veteran dənizçinin gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb. 

Yubilyar diqqət və qayğıya görə dənizçilər ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vahid İbrahimov  1974-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində elektrik kimi əmək fəaliyyətinə başlayıb. 1980-ci ildən elektrik mexaniki vəzifəsində işini davam etdirib.

O, 2017-ci ildə təqaüdə çıxıb.

asco.az