Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı İstanbulda görüş keçirilə bilər

106

Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərinin iştirakı ilə Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı görüş bu həftə İstanbulda baş tuta bilər.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyə Prezidenti ofisinə istinadən məlumat yayıb.

Türkiyə və Ukraynanın danışıqlara hazır olduğu vurğulanıb.

Qeyd olunub ki, dəqiq tarix Rusiyadan gələn cavabdan sonra müəyyənləşəcək.