Bu fotolar 1967-ci ilin bu günü Bakı Limanının körpüsü qarşısında çəkilib

170

Fotoda əks olunan gəmilərin yük götürmü qabiliyyəti 500-800 ton, hərəkət sürəti isə 5-6 uzel olurdu. Bu quru yük gəmilərinin tryumlarının qapaqlarının ölçüsü kiçik olduğundan, yükləmə prosesində əsasən əl əməyindən istifadə edilir və bu gəmilər vasitəsilə əsasən meyvə qurusu, müxtəlif növ parçalar, heyvan dəriləri, xına, düyü və bunun kimi digər yüklər daşınırdı.

Qədim tarixi olan Bakı Limanı böyük inkişaf yolu keçərək bu gün regionun ən müasir limanlarından biridir və regionda ilk dəfə olaraq “Yaşıl Liman” statusunu qazanıb.

portofbaku.com