Dənizçilik peşəsinə yiyələnmək istəyənlər üçün keçirilən kurslarımızla bağlı ən çox verilən sual: Kursu bitirdikdən sonra işlə təmin olunacağam?

196

Bildiyiniz kimi şirkətimizdə dənizçilik sahəsində səmərəliliyin yüksəldilməsi və peşəkarlığın təmin olunması üçün həm təkmilləşdirmə, həm də özünü bu sahədə görmək istəyənlər üçün sıfırdan “Növbə matrosu” və “Növbə motorçusu” ixtisası üzrə peşə kursları keçirilir.

Dənizçilik peşəsinə yiyələnmək istəyənlər üçün keçirilən kurslarımızla bağlı ən çox verilən suallardan biri isə kursu bitirdikdən sonra işlə təminatın olub olmaması ilə bağlıdır.

Onu qeyd etməliyik ki, şirkətin işlə təminat öhdəliyi mövcud olmasa da bitirdikdən sonra işə qəbulla bağlı təmənnasız olaraq vasitəçilik xidməti göstərmək imkanı var. Bu sayədə mövcud vakansiya olduğu təqdirdə kursumuzu başa vuranlarla əlaqə saxlayaraq onları müvafiq şöbəyə yönləndiririk. Bundan əlavə şirkətimizin rəsmi web saytında CV-lərinizi yerləşdirmək üçün xüsusi bölmə fəaliyyət göstərir. Siz asanlıqla CV-lərinizi qeyd olunan bölmədə doldura bilərsiniz. Şirkət tərəfindən müraciətlərə mütəmadi olaraq baxılır və mövcud vakansiyaya uyğun olaraq namizədlə əlaqə yaradılır. Şirkətimizin əsas məqsədi dənizçilik sahəsində peşəkar kadrlar hazırlamaqdır. Elə bu səbəbdən şirkətimizdə yaradılan geniş imkanlar sayəsində kurslarımızda iştirak edən şəxslər dənizçilik peşəsini ən xırda detalına qədər dərindən mənimsəyə biləcəklər.

Qeyd edək ki, Müəssisəmiz “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (STCW) Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq 30-dan çox təlim-tədris prosesini həyata keçirir.

https://unitedalliancegroup.com/