Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyindən məlumat

1426

Hörmətli Dənizçi Həmkarlarım

      Son günlərdə sosial şəbəkələrdə, qruplarda watsap ən əsası Facebook səhifələrində paylaşılan elanlarda, müşahidə olunan çoxlu dolandırıcılıq halları ilə sizləri məlumatlandırır və sizləri diqqətli olmağa çağırırıq. Çoxlu dolandırıcılıq, aldadılma hallarına rast gəlirik._

_   Sizdən bu cür paylasimlara inanmamaq, yaxın tanışların məlumatlandırmağa çağırırıq_

_ Heç bir kəsə əmin olmadan komission verib və ya sənədinizi göndərməyin._

   Tanımadığınız şirkət,simsarlar olarsa watsap qrup daxilində kifayət qədər təcrübəli dənizçilərimiz var onlardan soruşun.

   Hüsüsi ilə gənc dənizçilərimizi Simsar -Makler- Crewing şirkətlər tərəfindən dolandirilir və pullari mənimsənilir.

Sizlərdən bir daha ,yanlız güvənilir insanlarla iş görməyinizi,aşağıda qeyd etdiklərimdən əmin olmadan heç kimə inanmamağa çağırıram

– Kontrakt bağlamadan

– Gedəcəyiniz şirkət və gəmi haqqında dolğun məlumat almadan

– Gəmiyə minmədən

– Sizi şirkətlə əlaqələndirən insan haqqında öyrənmədən.

Heç bir simsara əvvəlcədən pul verməyin..

Dənizçini Dənizçidən başqa heçkəs nə başa düşər nədə köməklik edər.

Unutmayaq ki, AZƏRBAYCAN DƏNİZÇİSI OLMAQ BÖYUK BİR ŞƏRƏFDİR!

    Hörmətlə “Azərbaycan Dənizçilərinə Dəstək” ictimai birliyinin sədri dənizçilərin dostu

İlham Rafiq oğlu Nəsirov

E-mail: [email protected]

Mob. Whatsapp(+99455) 226-48-99

Web site: www.adib.az