ASCO-da 2021-ci ilin yekunlarına görə ən yaxşıların adları açıqlanıb – SİYAHI

361

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ( ASCO)  2021-ci ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”, “İlin ən yaxşı kranmeystri” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“Ən yaxşılar” ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyənləşdirilib. Bu müsabiqənin əsas məqsədi istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyini qiymətləndirməkdir. 

2021-ci ilin ən yaxşılarının siyahısını təqdim edirik:

“Ən yaxşı gəmi”

XDND-nin “Nefteqaz-64” gəmisi

DND-nin “Professor Əziz Əliyev” gəmisi

 “Ən  yaxşı gəmi” – II yer

XDND-nin “Qubadlı” gəmisi

DND-nin  “Hüseyn Cavid” gəmisi

 “Ən yaxşı kapitan”

XDND–nin “Azərbaycan” gəmisinin kapitanı Əhmədov Süleyman Cəbrayıl oğlu

DND-nin və “Professor Əziz Əliyev” gəmisinin kapitanı Quliyev Ruslan Nöbüvvət oğlu

“Ən yaxşı kapitan” – II yer

XDND–nin “Bakinskaya-6” gəmisinin kapitanı Mahmudov Emin Cavanşir oğlu

DND-nin “Naxçıvan” gəmisinin kapitanı Məlikrzayev Elnur Ağamirzə oğlu

 “Ən yaxşı mexanik”

 XDND-nin “Gültəkin Əsgərova”  gəmisinin böyük mexaniki Əliyev Şəfahət Seyfəli oğlu

DND-nin “Laçın” gəmisinin böyük mexaniki Qurbanov Qürbət Gülməmməd oğlu

“Ən yaxşı mexanik” – II yer

XDND-nin “General Şıxlinski” gəmisinin baş mexaniki Bəşirov Elşad Fərəhməz oğlu

DND-nin “Azərbaycan”  gəmisinin böyük mexaniki Bunyadov Kamal Ağamirzə oğlu

“Ən yaxşı elektrik mexaniki”

XDND-nin “Şirvan-2” gəmisinin elektrik mexaniki Mehtiyev Teymur Cabbar oğlu

DND-nin “Azərbaycan” gəmisinin elektrik mexaniki Ramazanov Asim Fərhad oğlu

“Ən yaxşı elektrik mexaniki” – II yer

XDND-nin “General Şıxlinski” gəmisinin elektrik mexaniki Hüseynov Altay Əlfəs oğlu

DND-nin “Prezident Heydər Əliyev” gəmisinin elektrik mexaniki Sarıyev Malik Firuz oğlu

 “Ən yaxşı bosman”

 XDND-nin “Sumqayıt” gəmisinin bosmanı Nəbiyev Elman Əhəd oğlu

DND-nin “Natəvan” gəmisinin bosmanı Qurbanov Firdovsi Abdulla oğlu

 “Ən yaxşı bosman” – II yer

 XDND-nin “Qubadlı”  gəmisinin bosmanı Qurbanov Elmar İltiqam oğlu

 DND-nin “Balakən” gəmisinin bosmanı Mahmudov Feruz Məbud oğlu

 “Ən yaxşı matros”

XDND–nin “Nefteqaz-64” gəmisinin matrosu Abdullayev Xaliq Əhmədağa oğlu

 DND-nin “Akademik Həsən Əliyev” gəmisinin matrosu Qulamov Qulam Süleyman oğlu

“Ən yaxşı matros” – II yer

XDND–nin “Om”  gəmisinin matrosu Bağırov Azad Ağakişi oğlu

DND-nin “Qaradağ” gəmisinin matrosu Abbasov Cəbrayıl Əlniyaz oğlu

“Ən yaxşı motorçu”

XDND-nin “Qubadlı” gəmisinin motorçusu Abbasov Şahin Zəfər oğlu

DND-nin “Laçın” gəmisinin motorçusu Qurbanov Nemət Gülbala oğlu

“Ən yaxşı motorçu” – II yer

XDND-nın “Zirə” gəmisinin motorçusu Əsgərov Mansur Surət oğluna

DND-nin “Prezident Heydər Əliyev” gəmisinin motorçusu Rüstəmov Rəhman İmran oğlu

“İlin ən yaxşı kranmeysteri”

XDND-nin “Şirvan-2” gəmisinin kranmeysteri Hacıyev Zaməddin Sabir oğlu

“İlin gənc dənizçisi”

XDND-nin “Şahdağ” gəmisinin 3-cü mexaniki Səfərli Cəfər Mübariz oğlu

XDND-nin “Şahdağ” gəmisinin matrosu Həmidli Fərrux Yaqub oğlu

DND-nin “Kəlbəcər” gəmisinin kapitanın növbə köməkçisi Quliyev Ağayar Balayar oğlu

DND-nin “Nəriman Nərimanov” gəmisinin növbə mexaniki Həmidov Faiq Həmid oğlu

 “Ən yaxşı gəmi təmirçisi”

“Zığ” GTTZ-nin əl ilə qaynaqda elektrik qaynaqçısı Məhərrəmov Əzizulla Həbibulla oğlu

 “Bibiheybət” GTZ-nin əl ilə qaynaqda elektrik qaynaqçısı Qələndərov Elçin Hüseyn oğlu

“Ən yaxşı gəmi təmirçisi” – II yer

“Zığ” GTTZ-nin gəmi boru çəkəni Sinayi Rüstəm Əhəd oğlu

“Zığ” GTTZ-nin radio elektron aparatların və cihazların tənzimləyicisi Spasyuk Ruslan Dmitriyeviçə

“Bibiheybət” GTZ-nin gəmi elektrik quraşdırıcısı Abdullayev Cavanşir Aşır oğlu

“Bibiheybət” GTZ-nin gəmi takelajçısı Cəfərov Namiq İsfəndiyar oğlu

“Ən yaxşı müəllim”

ADDA-nın Dəniz naviqasiyası kafedrasının müdiri Nəbiyev Həzi Nəbi oğlu

Nominasiya üzrə birinci yerin qaliblərinə  aylıq vəzifə maaşlarının iki misli, ikinci yerin qaliblərinə aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat veriləcək.

“Ən yaxşı gəmi” nominasiyası üzrə birinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri aylıq vəzifə maaşlarının bir misli, ikinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri aylıq vəzifə maaşlarının 0,5 misli məbləğində mükafata layiq görülüb.

“Ən yaxşı müəllim” nominasiyasının qalibinə aylıq vəzifə maaşının iki misli, “İlin gənc dənizçisi” və “İlin ən yaxşı kranmeytri” adını almış işçilərə isə  onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat təyin olunub.

asco.az