Gürcüstan neft daşıyan Türkiyə gəmisini geri qaytarıb

162

Gürcüstanın Batumi limanına iyunun 26-da daxil olan Türkiyə bayrağı altında üzən gəmiyə gömrük xidmətləri göstərilməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, prosedurlara imtinanın verilməsinə səbəb gəmi ilə daşınan neft məhsullarının sanksiyalara məruz qalan şirkətə məxsus olmasıdır. Yüklə dolu gəmi hazırda Batumi limanını tərk edir.

Xidmətin yaydığı məlumata əsasən, aparılmış yoxlamalar zamanı müəyyən edilib ki, nə gəmi, nə də onun sahibi beynəlxalq sanksiyalar siyahısında yer alıb. Buna müvafiq olaraq gəminin Gürcüstan limanına daxil olmasına icazə verilib.