Cənub Qaz Dəhlizi layihəsi Xəzər regionu üçün yeni imkanlar açır.

171

Trend-in məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev “Avropada enerji təhlükəsizliyi: cari vəziyyət, çağırışlar və gələcək imkanlar” adlı konfrans zamanı deyib.

“Cənub Qaz Dəhlizinin bütün seqmentləri enerji infrastrukturunun mühüm layihələridir və təkcə Azərbaycan üçün deyil, həm də Xəzər regionu üçün Avropa bazarlarına qaz ixracı üzrə yeni imkanlar açır”, – deyə o bildirib.

O qeyd edib ki, Azərbaycanın ixrac və tranzit potensialı yüksələcək.

“Çünki Türkmənistandan əlavə qaz həcmləri Cənub Qaz Dəhlizini doldura bilər. Bu dəhlizin TAP seqmenti ixrac gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırcaq. Azərbaycana ixrac gücünü artırmaq üçün əlavə qaz mənbələri də lazım olacaq. Ölkə “Abşeron” yatağından, eləcə də Türkmənistanla svop sazişi çərçivəsində bu həcmləri əldə etməyi planlaşdırır”, – Ş.Hacıyev deyib.

Ş.Hacıyev vurğulayıb ki, Azərbaycan üçün bərpa olunan enerji mənbələrini və enerji səmərəliliyini inkişaf etdirmək vacibdir. Bu, daxili qaz istehlakını azaltmağa imkan verəcək. O qeyd edib ki, 2021-ci ildə bu göstərici 13 milyard klubmetrə yaxın idi.