3,6 mindən çox dənizçi dünya sularında atılmış vəziyyətdədir

92

2022-ci il may ayının sonunadək bütün dünyada 3,62 mindən çox dənizçi gəmilərdə atılmış vəziyyətdədir. Ümumilikdə dünyada 247 gəmi sahibləri tərəfindən atılıb.

“Seanews.az”  xəbər verir ki, vətənə qayıda bilməyən və gəmilərində ilişib qalan dənizçilərin ən çoxu Hindistan vətəndaşlarıdır – 724 nəfər. Bu ürək açmayan göstəriciyə görə ikinci yer Ukrayna (368 nəfər) və üçüncü yer Filippin vətəndaşlarına (318 nəfər) məxsusdur.

Ən çox gəmi BƏƏ sularında (26 ədəd) tərk edilib və onların əksəriyyəti Panama bayrağı altında üzür.

“RightShip”-in baş direktoru Steen Lund deyib ki,  “Dənizçilərin bu vəziyyətinə biganə qalmaq olmaz. Heyət atılmış gəmini tərk edərsə, dənizçilərə maaş verilmə ehtimalı çox azdır, buna görə də aylarla, bəzən illərlə gəmidə gözləmək məcburiyyətində qalırlar. Belə vəziyyətlərin qeyri-müəyyənliyi həm heyət üzvləri, həm də evdə olan ailələri üçün inanılmaz dərəcədə əsəb gərginliyi yaradır”.

Yeri gəlmişkən qeyd edək ki, IMO Beynəlxalq Əmək Təşkilatının Dəniz Əmək Konvensiyasını 2013-cü ildə qəbul edib və IMO-ya üzv olan 174 ayrı-ayrı dövlətin 60%-i konvensiyanı ratifikasiya edib.