Dağıstanda yeni liman tikiləcək

100

Gəmilərin buraxılış qabiliyyətini artırmaq üçün Dağıstanda İzberbaş şəhərində yeni limanın tikintisi planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Balıq Təsərrüfatı Komitəsinin sədri vəzifəsini icra edən Viktor Rudenko balıqçılıq sənayesinin problemləri ilə bağlı keçirilən müşavirədə məlumat verib.

Bildirilib ki, investorlar artıq təxminən 48 milyon rubl dəyərində avadanlıq tədarük ediblər, yolun 1,5 km-lik hissəsini çəkirlər və şəhərin inkişafı üzrə baş planın yerinə yetirilməsinə köməklik göstərirlər.

Layihənin konkret parametrləri qeyd olunmayıb.