Türkiyənin aviadaşıyıcı gəmisi bu il istifadəyə veriləcək

123

Türkiyənin aviadaşıyıcı gəmisi bu il vəzifəsini icra etməyə başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İspaniya ilə birlikdə istehsal olunan bu gəmi əsasən PUA və helikopterləri daşıyacaq.

Bundan əlavə, Ərdoğan İspaniyaya “Patriot” sistemlərini Türkiyədə saxladığına görə təşəkkür edib.