Avropa son 6 ildə ilk dəfə olaraq Amerika neftinin ən böyük alıcısı oldu

137

Bloomberg xəbər verir ki, Avropa Asiyanı geridə qoyaraq ABŞ neftinin ən böyük alıcısına çevrilib.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, yanvar-may aylarında Avropaya 213,1 milyon barel, Asiya isə 191,1 milyon barel neft ixrac edilib. Sonuncu dəfə ilin əvvəlində belə vəziyyət 6 il əvvəl ABŞ neft ixracına qoyulan qadağadan imtina edəndə baş vermişdi.

Avropa Rusiya enerjisindən asılılığını azaltmağa və ABŞ neftinə keçməyə çalışdıqca, çox güman ki, mövcud ticarət axını modeli davam edəcək.

Bundan əlavə, belə görünür ki, Yaxın Şərq Avropaya hasilatı və tədarükləri artırmaq imkanlarında məhduddur.

Caspian Barrel