“Yaşıl Səfər 2050” layihəsi çərçivəsində “Milli Tədbirlər Planı”nın hazırlanması ilə bağlı tədbir keçirilib.

126

Dövlət Dəniz və Liman Agentliyində Yaşıl Səfər 2050” layihəsi çərçivəsində “Milli Tədbirlər Planı”nın hazırlanması ilə bağlı tədbir keçirilib. “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılması məqsədilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirakı edib.

Beynəlxalq Dəniz Təşkilatı və Norveç Krallığının təşəbbüsü ilə həyata keçirilən Yaşıl Səfər 2050” layihəsinin vacibliyindən danışan Agentliyin İdarə Heyətinin sədr müavini Rabil Niftullayev hazırda  hökm sürən ekoloji proseslərin  BMT-nin və bir çox nüfuzlu təşkilatların diqqət mərkəzində olduğunu deyib. Bildirib ki, ekoloji böhranların qarşısının alınması üçün Beynəlxalq Dəniz Təşkilatı atmosferə atılan tullantıların azaldılması üçün mühüm addımlar atıb. Bunlardan biri də 2018-ci ilin aprel ayında gəmilərdən istixana qazlarının emissiyalarının azaldılması üzrə strateji hədəfləri müəyyən edən,“Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Beynəlxalq Dəniz Təşkilatının İlkin Strategiyası”nın qəbul olunmasıdır. Strategiayının əsas məqsədi 2008-ci illə müqayisədə 2050-ci ilədək atmosferə atılan istixana qazlarının ən azı 50% azaldılmasıdır.

Həmçinin vurğulanıb ki, strategiya istixana qazlarının emissiyalarının azaldılması üzrə ümumi prinsipləri, tədbirlər planını, kadr hazırlığını, texniki əməkdaşlığı və tədqiqatın aparılması üzrə dəstəkləyici tədbirləri özündə  birləşdirir.  Bununla yanaşı, layihə  dəniz nəqliyyatı üzrə qanunvericiliyin təkmilləşdirilməsini, özəl sektorla əməkdaşlığın möhkəmləndirilməsini, gəmilərdən zərərli qazların azaldılmasına dair normativ tənzimləməni,    yeniliklərin tətbiqi üzrə təcrübənin öyrənilməsini də nəzərdə tutur.

Tədbirdə o da diqqətə çatdırılıb ki, layihədə  Xəzər regionundan yalnız Azərbaycan yeni pilot ölkə qismində iştirak edir. “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılması üzrə Milli Tədbirlər Planı” hazırlanması və layihənin uğurla tamamlanması ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasına gətirib çıxaracaq. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rola oynayacaq.

Sonda müxtəlif dövlət qurumlarından olan nümayəndələr layihənin gedişatı ilə bağlı fikir mübadiləsi aparıblar.

ardda.gov.az