Dəmir Yolu Daşımaları üzrə Hökumətlərarası Beynəlxalq Təşkilatın (OTIF) baş katibi cənab Volfqanq Küpper Bakı Limanına səfər edib

130

Azərbaycanın əlaqədar logistika və nəqliyyat qurumları ilə tərəfdaşlıq sahələrini gücləndirmək üçün ölkəmizdə işgüzar səfərdə olan OTIF-in Baş Katibi cənab Volfqanq Küpper Bakı Limanına səfər edib.

Ələtdə, Bakı Limanının Əməliyyatlar departamentinin müdiri Eugene Seah ilə görüş zamanı cənab Küpper, OTIF-in regionda dəmir yolu ilə beynəlxalq daşımaların yaxşılaşdırılması və asanlaşdırılması, eləcə də 50 üzv dövlət arasında dəmir yolu sektorunda əməkdaşlığın təşviqi üzrə təşəbbüslərindən danışıb. Xüsusilə cənab Küpper regionda yeni alternativ logistika marşrutlarının təkmilləşdirilməsində Bakı Limanının əhəmiyyətindən söz açıb və bildirib ki, müasir dəmir yolu yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi OTIF-in strategiyasının əsas məqsədini təşkil edir.

Öz növbəsində Eugene Seah qonaqa regional əlaqəni və nəqliyyat sisteminin bir mexanizm kimi səmərəli fəaliyyətini gücləndirmək üçün Bakı Limanının istifadə etdiyi müasir texnologiyalar haqqında məlumat verib. Cənab Seah, həmçinin 21-ci əsrin tələblərinə uyğun olaraq liman əməliyyatları sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğunu və Limanın regiondakı mövqeyinin güclənməsindən bəhs edib.

portofbaku.com