İstanbulda taxıl daşıyan gəmilərin yoxlanılması məqsədilə koordinasiya mərkəzi yaradılacaq

130

İstanbulda Ukraynadan taxıl ixracı ilə məşğul olan gəmilərin yoxlanılmasını həyata keçirəcək birgə dördtərəfli koordinasiya mərkəzi yaradılır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Rusiya, Türkiyə, BMT nümayəndələri və Ukraynanın imzaladığı sazişə əsasən, İstanbulda birgə dördtərəfli koordinasiya mərkəzi yaradılır. BKM nümayəndələri silah və sursatların daşınmasının, eləcə də təxribatların qarşını almaq məqsədilə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına cəlb olunan gəmilərin təftişini təşkil edəcək”, – S.Şoyqu deyib.

“Yoxlama həm Qara dənizə girişdə, həm də ondan çıxarkən aparılacaq”, – o vurğulayıb.